Qazaxıstanlı alim Hüseyn Cavidin Ev Muzeyinin qonağı olub

02.04.2022

Bu gün Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin nəzdində fəaliyyət göstərən “Yazılı abidələr və mənəvi irs” elmi-tədqiqat mərkəzinin elmi işçisi Omir Tuyakbayev AMEA Hüseyn Cavidin Ev Muzeyinin qonağı olub. Omir Tuyakbayev əvvəlcə muzeyin ekspozisiyası ilə tanış olub, daha sonra muzeyin baş direktoru, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı ilə görüşüb.
Qonaq bildirib ki, Türk dünyası ölkələrində yazılı abidələrin və Turanın milli-mənəvi mirasının öyrənilməsi ilə məşğul olan elmi tədqiqat mərkəzinin əməkdaşı kimi Turançılıq ideologiyasının banilərindən biri, dahi Azərbaycan şairi və dramaturqu Husüyn Cavidin Ev Muzeyini ziyarət etməkdən çox məmnundur. Bakıda elmi ezamiyyətdə olduğunu nəzərə çatdıran alim özünün də uzun illər muzey sferasında çalışdığını nəzərə çatdırırb və gələcəkdə Hüseyn Cavidin Ev Muzeyi ilə müştərək elmi-tədqiqat layihələrində iştirak edə biləcəyini vurğulayıb.
Muzeyin baş direktoru Gülbəniz Babaxanlı qonağa dahi şairin irsinə göstərdiyi marağa görə təşəkkürünü bildirib. Ona rəhbərlik etdiyi muzeyin nəşirlərindən bir neçəsini hədiyyə edərək əməkdaşlıq üçün perspektivlərin olduğunu söyləyib. Baş direktor rəhbərlik etdiyi muzeyin cari ildə Hüseyn Cavidin anadan olmasının 140 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçiriləcəyini söyləyib. Qazaxıstanlı alimlərin də bu konfransa qatılmasının gələcək əməkdaşlıq layihələri üçün yeni üfüqlər aça biləcəyini nəzərə çatdırıb.
Daha sonra qonaq muzeyin xatirə kitabına ürək sözlərini yazıb və görüş iştirakçıları xatirə şəkli çəktiriblər.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.