Gülbəniz Babaxanlının “Prezident İlham Əliyevin mədəniyyət siyasətində Hüseyn Cavid fenomeni” başlıqlı məqaləsi dərc olunub

24.12.2021

AMEA Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Prezident İlham Əliyevin mədəniyyət siyasətində Hüseyn Cavid fenomeni” başlıqlı məqaləsi AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin bugünkü nömrəsində dərc olunub.
Gülbəniz Babaxanlı yazır: “... mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın elə bir sahəsi, istiqaməti tapılmaz ki, Prezident İlham Əliyevin, onun xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısından kənarda qalsın. Həyat və yaradıcılığı bu cür ali ehtiramla əhatə olunan sənətkarlardan biri də dahi Hüseyn Caviddir. ... Cənab Prezidentin Hüseyn Cavid irsinə olan məhəbbət və ehtiramı Cavidin bədii ömrünün davamı, tərənnümü və öyrənilməsi üçün tükənməz qaynaqdır”.
Məqalənin tam mətni ilə buradan tanış ola bilərsiniz.























© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.