Hüseyn Cavidin “Topal Teymur” pyesi rus dilində

07.12.2021

Dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin “Topla Teymur” pyesi AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən ilk dəfə rus dilində nəşrə hazırlanıb. Qələmə alınmasının 95-ci ildönümü münasibəti ilə ayrıca kitab halında işıq üzü görən dramın ön söz müəllifi və layihənin ideya rəhbəri AMEA Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır. Əsərin Azərbaycan dilindən rus dilinə tərcümə edəni isə tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur.
Qeyd edək ki, Hüseyn Cavidin türk xalqlarının şanlı tarixinə nəzər salıb, tarixi faciələrdən ibrət almağa, qardaş çəkişmələrini qardaş bərkişmələri ilə əvəz etməyə çağıran, bununla da türk etnosunu möhkəm ittifaqa səsləyən bu məşhur pyesi ötən il ingilis dilinə tərcümə edilərək ayrıca kitab halında nəşr olunub. Bu isə əsərin daha geniş coğrafiyada oxunmasına və xarici ölkələrdə də səhnələşdirilməsinə xidmət edəcək.























© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.