Qvatemala Respublikasının ölkəmizdəki səfiri Hüseyn Cavidin Ev Muzeyində olub

17.06.2021

Bu günlərdə Qvatemala Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jairo David Estrada Barrios AMEA Hüseyn Cavidin Ev Muzeyində qonaq olub. Qonağa Hüseyn Cavidin həyat və yaradıcılığı, faciəli taleyi, xatirəsinin əbədiləşdirilməsi, Bakıda ev muzeyinin yaradılması, muzeyin fəaliyyəti və s. haqqında ətraflı məlumat verilib. Cənab səfir Hüseyn Cavidin Ev Muzeyinin nəşrləri ilə də tanış olub. Ona igilis və Azərbaycan dillərində nəşr olunan “Cavid hikməti: seçmə aforizmlər” kitabı hədiyyə olunub.
Sonda mötəbər qonaq muzeyin xatirə kitabına ürək sözlərini yazıb.










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.