Hüseyn Cavidin Ev Muzeyində “Kadra düşməyən həqiqətlər”

11.06.2021

Kütləvi inormasiya vasitələrilə əməkdaşlıq AMEA Hüseyn Cavidin Ev Muzeyinin dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin irsinin, həyat və yaradıcılıq yolunun təbliği istiqamətində gördüyü işlər sırasında önəmli yer tutur. Bu günlərdə “Kadra düşməyən həqiqətlər” verilişinin Hüseyn Cavidə həsr olunmuş növbəti buraxılışının çəkilişi şairin Ev Muzeyində baş tutub. Çəkiliş qrupu indiyədək geniş kütləyə nümayiş olunmayan H.Cavidə aid sənədlər və nadir eksponatlarla təmin edilib. Verilişdə Ulu öndər Heydər Əliyevin böyük şairin xatirəsinin əbədiləşdirilməsi istiqamətində misilsiz xidmətlərindən söhbət açılıb.
Qeyd edək ki, “Kadra düşməyən həqiqətlər” verilişinin Hüseyn Cavidə həsr olunmuş buraxılışının yaxın günlərdə “Mədəniyyət” kanalında yayımlanması planlaşdırılır.










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.