AMEA Hüseyn Cavidin Ev Muzeyində nəşrə hazırlıq işləri davam etdirilir

10.06.2020

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin əsərlərindən seçilmiş aforizmlər azərbaycan və ingilis dilində nəşrə hazırlanır. Bu nəşr “Cavid hikməti: seçmə aforizmlər” adlanacaq.
Hüseyn Cavidin beşcildlik külliyatı əsasında hazırlanmış kitabda dahi şairin insanlıq, Vətən, millət, məhəbbət və müxtəlif insan münasibətləri haqqında müdrik sözləri və kəlamları ingilis dilinə tərcümə edilərək oxuculara təqdim olunacaq.
Böyük şairin, Cavidlər ailəsinin irsinin toplanması, qorunması, tədqiq və təbliğ edilməsi sahəsində Hüseyn Cavidin Ev Muzeyi daim fəaliyyətdədir. Muzey tərəfindən böyük dramaturqun “Cavidşünaslıq” elmi məqalələr toplusunun 20-30-cu cildləri də nəşrə hazırlanır.
İki dildə çapa hazırlanan Cavid hikməti: seçmə aforizmlər” kitabının payız aylarında işıq üzü görməsi nəzərdə tutulub.










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.