“Hüseyn Cavidin natamam əsəri – Ərtoğrol Cavid” kitabı çapdan çıxıb

24.12.2019

    AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən nəşr edilən “Hüseyn Cavidin natamam əsəri – Ərtoğrol Cavid” monoqrafiyasının müəllifi dosent Nazim Quliyev, redaktoru və elmi məsləhətçisi isə H.Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır.
    Ərtoğrol Cavidin (1919-1943) 100 illik yubileyi münasibətilə işıq üzü görən “Hüseyn Cavidin natamam əsəri – Ərtoğrol Cavid” kitabı “Ərtoğrol Cavidin ömür salnaməsi” nəşrlər silsiləsinin davamıdır. Kitabda əksini tapmış dəyərli fikirlər Əməkdar incəsənət xadimi, dosent Nazim Quliyevin bir vətənpərvər ziyalı, musiqişünas, tədqiqatçı kimi istedadlı şair, bəstəkar, dramaturq, tədqiqatçı, rəssam, folklorçu Ərtoğrol Cavidin həyat və yaradıcılığına ehtiram dolu münasibətinin inikasıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.