AMEA Hüseyn Cavidin Ev Muzeyinin 2018-ci ildəki elmi fəaliyyəti yüksək qiymətləndirilib

01.05.2019

    Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş illik Ümumi yığıncaq keçirilib.
    Elmi nailiyyətlər sərgisində nümayiş olunan AMEA Hüseyn Cavidin Ev Muzeyinin 2018-ci ildəki elmi fəaliyyətini əks etdirən sərgi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli tərəfindən yüksək qiymətləndirilib.
    AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevə AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən “Azərbaycan və Türk xalqlarının ədəbiyyatı və incəsənətinin Tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” layihəsi çərçivəsində nəşr olunmuş “Cavidşünaslıq” araşdırmalar toplusunun 10 cildi haqqında məlumat verib. Eyni zamanda akademik R.Mehdiyevə muzeyin direktoru fil.ü.e.d. Gülbəniz Babaxanlı hesabat ilində çap edilmiş “Sözləri Hüseyn Cavidindir” adlı not kitabı haqqında məlumat verib və onu da qeyd edib ki, bu formatda kitab ilk dəfədir ki çap edilir.
    AMEA rəsmiləri və digər rəsmi şəxslər sərgini, yeni nəşrləri (“Cavidşünaslıq” araşdırmalar toplusunun 10 cildi, “Sözləri Hüseyn Cavidindir” adlı not kitabı, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə romantik ədəbiyyat” respublika elmi konfransının materialları, “Hüseyn Cavid əbədiyyəti” (Hüseyn Cavid-136) respublika elmi konfransın materialları, Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən təqvim (2018)) il ərzində görülmüş ən böyük iş kimi qiymətləndiriblər.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.