Hüseyn Cavid haqqında film çəkilir

13.03.2018

    Azərbaycan Televiziyası və Radio Verlişləri QSC-nin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində böyük dramaturq Hüseyn Cavid haqqında “Həqiqət istərəm, yalnız həqiqət” adlı sənədli televiziya filminin istehsalına başlanıb. Həmin film AMEA Hüseyn Cavidin Ev Muzeyində çəkilir.
    Filmin ssenari müəllifi Əməkdar jurnalist Salar Aslanov, quruluşçu rejissoru Hatəm Əsgərov, elmi məsləhətçisi Əməkdar mədəniyyət işçisi, fil.ü.e.d. Gülbəniz Babaxanlı, quruluşçu operatoru Mətləb Yaqubovdur.
    Filmdə Hüseyn Cavid obrazını Mübariz Nağıyev, Mişkinaz xanım obrazını xalq artisti Səidə Quliyeva, Üzeyir Hacıbəyli obrazını əməkdar artist Əyyub Quliyev, Abdulla Şaiq obrazını əməkdar artist Cəlal Məmmədov canlandıracaqdır.
    Filmin çəkilişləri davam edir.



© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.