AMEA Hüseyn Cavidin Ev Muzeyi

  • Saytın xəritəsi
  • 4920657
  • MUZEY HAQQINDA
    • Tarix
    • Struktur
    • Rəhbərlik
    • Mükafatlar
    • Fotoqalereya
    • Videoteka
  • HÜSEYN CAVİD
  • XƏBƏRLƏR
  • VİRTUAL MUZEY
    • Giriş otağı - "Cavidin əbədiyyəti"
    • I otaq - "Cavidin ömrü"
    • II otaq - "Cavidin faciəsi"
    • Soldakı zal - "Cavidin şöhrəti"
    • Ekspozisiya mətni
  • NƏŞRLƏR
    • Kitablar
    • Konfrans materialları
  • ƏLAQƏ

Mənim tanrım gözəllikdir, sevgidir!

HÜSEYN CAVİD

XX əsr bədii fikrimizin mərdlik və əyilməzlik simvoluna çevrilmiş böyük
mütəfəkkir Hüseyn Cavidin nəsillərə örnək olacaq zəngin və bənzərsiz
yaradıcılıq irsi zaman keçdikcə daha çox aktuallıq kəsb edir.

Hüseyn Cavidin yaratdığı əsərlər
Azərbaycan xalqının milli sərvətidir!

HEYDƏR ƏLİYEV

Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini
yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil etməkdən ibarət olubdur.
O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur. Hüseyn
Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün,
gələcək nəsillər üçün dərslik kitabıdır.

Hüseyn Cavid məqbərəsi

Naxçıvanda memarlıq-xatirə kompleksi

Kompleks Ümummili lider Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə tikilmişdir.
Hüseyin Cavidin həyat yoldaşı Mişkinaz xanımın və oğlu Ərtoğrulun qəbirləri də
məqbərənin sərdabəsindədir. Hər iki məzar sərdabə inşa edilərkən – 1996-cı ildə
buraya köçürülmüşdür. Abidənin açılışı Hüseyn Cavidin anadan olmasının 114 illiyi
münasibəti ilə 1996-cı il 29 oktyabrda olmuşdur. Ulu öndər H.Ə.Əliyev şəxsən
məqbərənin açılışında iştirak etmiş və nitq söyləmişdir. Naxçıvan-Marağa memarlıq üslubu
təsirinin aydın hiss edildiyi məqbərə üst və aşağı – sərdabə hissələrindən ibarətdir.
Məqbərənin daxilində Hüseyn Cavidin büstü qoyulmuşdur. Abidənin layihəsinin müəllifi
Azərbaycan respublikasının əməkdar memarı Rasim Əliyev, heykəltəraşı isə
xalq rəssamı Ömər Eldarovdur.



SAYTIN XƏRİTƏSİ


  • Əsas səhifə
  • Tarix
  • Struktur
  • Rəhbərlik
  • Fotoqalereya
  • Videoteka
  • Xəbərlər
  • Cavidin əbədiyyəti
  • Cavidin ömrü
  • Cavidin faciəsi
  • Cavidin şöhrəti
  • Ekspozisiya mətni
  • Nəşrlər
  • Kataloq
  • Mükafatlar
  • Saytın xəritəsi
  • Əlaqə
  • © 2006-, Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyi.
    Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən sayta istinad etmək mütləqdir.


    Netty 2015 Qalib-Mədəniyyət və İncəsənət