Elmlə təhsilin inteqrasiyası çərçivəsində Hüseyn Cavid irsinin təbliği davam edir

01.12.2017

    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavid irsinin təbliği istiqamətində AMEA Hüseyn Cavidin Ev Muzeyi universitetlərlə, məktəblərlə, liseylərlə qarşılıqlı əlaqəni daha da möhkəmləndirir.
   Bu çərçivədə növbəti açıq dərs Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdləri üçün təşkil olunub. Şagirdlərə Muzeydə sərgilənən eksponatlarla bağlı, eləcə də Hüseyn Cavidin həyat və yaradıcılığı, o cümlədən Cavidlər ailəsi haqqında dolğun informasiya verildi. Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan H.Cavidin ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran mənzum faciələri və tarixi dramları haqqında da şagirdlərə ətraflı məlumat çatdırıldı.
   Dərsin sonunda Muzeyin nəşrləri haqqında da şagirdlərə müfəssəl məlumat verildi.
   Ekskursiyanın sonunda Muzeyi ziyarətdən son dərəcə məmnun qalan şagirdlər və onların Liseyin direktoru Mehriban Vəliyeva öz təəssüratlarını rəy kitabında qeyd etdilər və xatirə şəkli çəkdirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.