V Bakı Beynəlxalq Kitab Sərgisi-Yarmarkasında Muzeyin nəşrləri geniş təbliğ olunub

02.10.2017

    Sentyabr ayının 28-30 tarixlərində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakıda V Beynəlxalq Kitab Sərgi-Yarmarkası təşkil olundu. AMEA Hüseyn Cavidin Ev Muzeyi sərgidə hər il olduğu kimi bu dəfə də öz nəşrləri ilə fəal iştirak etdi.
   Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor, millət vəkili, əməkdar elm xadimi, akademik İsa Həbibbəyli, Azərbaycanın xalq şairi, ictimai-siyasi xadim Sabir Rüstəmxanlı, millət vəkili, yazıçı Aqil Abbas, millət vəkili Fazil Mustafa, eləcə də xarici qonaqlar Hüseyn Cavidin Ev Muzeyinin təşkil etdiyi guşəyə xüsusi diqqət yetirmiş, muzeyin nəşrlərini yüksək qiymətləndirmişlər.
   Vurğulayaq ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid. 13 cilddə”, “Turan Cavid. Ömür salnaməsi”, “Cavidşünaslıq araşdırmalar toplusu. 10 cilddə” kitabları ilə yaxından tanış olmuşdur. O, Ərtoğrol Cavidin gənc yaşda vəfat etməsinə baxmayaraq, böyük işlər gördüyünü vurğulamışdır.
   Qeyd edək ki, sərgidə iştirak edənlər Hüseyn Cavidin Ev Muzeyinin nəşrlərini yüksək qiymətləndirmiş, hər bir nəşrin böyük əhəmiyyətə malik olduğunu vurğulamışlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.