AMEA Hüseyn Cavidin Ev Muzeyində “İslam Həmrəyliyi İli” çərçivəsində elmi-tədqiqat işi aparılacaq

25.01.2017

    Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin sərəncamı ilə 2017-ci ili “İslam Həmrəyliyi İli” elan olunmuşdur. Azərbaycanda tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasında, islam dəyərlərinin təbliğində dahi dramturq və filosof-şair Hüseyn Cavid yaradıcılığının mühüm rolu vardır. Bu baxımdan AMEA Hüseyn Cavidin Ev Muzeyində əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının rəhbərliyi ilə “İslam dini böyük dramaturq Hüseyn Cavidin ədəbi-bədii və fəlsəfi irsində” mövzusunda elmi-tədqiqat işinin icrasına başlanılmışdır. Görkəmli maarifpərvər və mütəfəkkir H.Cavidin zəngin yaradıcılıq irsi bu istiqamətdə geniş tədqiqat üçün əhəmiyyətli mənbə rolu oynayır. Elmi-tədqiqat işinin nəticəsi olaraq müxtəlif yerli və beynəlxalq konfranslarda çıxışlar və ölkəmizin nüfuzlu elmi jurnallarında məqalələrin çapı nəzərdə tutulur. Eləcə də, muzeydə, məkəblərdə və ali təhsil ocaqlarında keçiriləcək müxtəlif tədbirlər zamanı şagird və tələbələr arasında Cavid əfəndinin İslam dini ilə bağlı görüşləri ətraflı təbliğ olunacaqdır.

Materiallardan istifadə edərkən sayta istinad etmək mütləqdir.