“Məktəbli yeniyetmələr arasında Hüseyn Cavid yaradıcılığının təbliği” adlı layihənin ilk tədbiri keçirilmişdir

29.10.2016


    Oktyabr ayının 28-də Bakı şəhəri, Səbail rayonu 189-190 nömrəli tam orta məktəbdə AMEA Hüseyn Cavidin Ev Muzeyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə böyük şairimiz Hüseyn Cavidin zəngin irsinin təbliği məqsədilə tədbir keçirilmişdir. Tədbir muzeyin gənc əməkdaşı Fəridə Əliyevanın rəhbəri olduğu və Gənclər Fondunun maliyyələşdirdiyi “Məktəbli yeniyetmələr arasında Hüseyn Cavid yaradıcılığının təbliği” adlı layihə çərçivəsində təşkil olunmuşdur. Layihənin məqsədini yeniyetmə və gənclər arasında Hüseyn Cavidin zəngin bədii və fəlsəfi irsinin təbliği, onların tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsi, milli-mənəvi və bədii təfəkkürlərinin zənginləşdirilməsi təşkil edir. Onun əsas vəzifələri Hüseyn Cavidin aforizlərinin toplanmasından, sistemləşdirilməsindən, ingilis dilinə tərcümə edilməsindən, nəşrə hazırlanmasından, çap edilməsindən, kitabın təqdimatının təşkilindən və məktəbli yeniyetmə və gənclər arasında paylanılmasından ibarətdir. Məhz bu məqsədlə keçirilmiş tədbirdə çıxış edənlər 9-11-ci sinif şagirdlərinə dahi dramaturqun zəngin irsi haqqında geniş məlumat vermiş və onun əsərlərindən parçalar səsləndirilmişdir. Layihə əsasında yenicə nəşr olunmuş “Cavid hikməti: seçmə aforizmlər (Azərbaycan və ingilis dillərində)” kitabı haqqında da məktəblilərə məlumat verilmiş və onlara kitablar hədiyyə olunmuşdur.






Natiq Mürsəlov
Hüseyn Cavidin Ev Muzeyi
İctimaiyyətlə əlaqələrə məsul şəxs
Əlaqə: 012 492 06 57
huseinjavid@gmail.com