
25.05.2022
“Hüseyn Cavid sənəti: ideallar və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
24 oktyabr 2022-ci il tarixində AMEA Hüseyn Cavidin Ev Muzeyi və Nizami Gəncəvi adına ...


18.05.2022
Beynəlxalq muzeylər günü münasibəti ilə AMEA Hüseyn Cavidin Ev Muzeyi “Açıq qapı” günü keçirib
AMEA Hüseyn Cavidin Ev Muzeyində 18 May – “Beynəlxalq muzeylər günü” münasibətilə ...


Hüseyn Abdulla oğlu Rasizadə 1882-ci il oktyabr ayının 24-də Azərbaycanın qədim elm və sənət, mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan şəhərində ruhani ailəsində anadan olmuşdur. İlk ibtidai təhsilini evdə atasından alan, sonra isə 1891-1896-cı illər arasında mollaxanada davam etdirən Hüseyn 1896-1898-ci illərdə görkəmli maarifpərvər ziyalı və istedadlı pedaqoq Məhəmmədtağı Sidqinin “Tərbiyə”... ətraflı
skan et

“Cavidşünaslıq”
30 cilddə. I-XXX cildlər.
Tərtibçi-müəllif: Gülbəniz BABAXANLI
Filologiya üzrə elmlər doktoru
Annotasiya
Çoxcildliyə 1912-2018-ci illərdə Hüseyn Cavidin zəngin bədii irsi və şəxsiyyəti, pyeslərinin səhnə həyatı haqqında yazılmış məqalələr, resenziya, mühakimə və müzkirə mətnləri, şeirlər və s. daxil edilmişdir. Toplu dəyərli bir mənbə kimi cavidşünaslığın gələcək inkişafında yardımçı vasitə rolunu oynaya bilər.






Texniki məlumatlar
Ekspozisiyanın iş qrafiki
Ekspozisiya həftənin bazar günü istisna olmaqla I - V günlər saat 10:00-dan 17:00-dək, şənbə günü isə 11:00-dan 16:00-dək ziyarətçiləri qəbul edir.
Muzeydaxili qaydalar
Muzeydə bunları etmək qadağandır:
- Videoçəkilş aparmaq (peşəkar videoşəkiliş üçün icazə alınmalıdır);
- Eksponatların şəklini fotokamera ilə çəkmək;
- Muzeydə mobil telefondan istifadə etmək;
- Muzeyə iri çanta, çətir və su (şüşədə və yaxud kauçuk butulkada) ilə daxil olmaq;
- Muzeyə uşaq arabası ilə daxil olmaq (uşaq arabası binanın 1-ci mərtəbəsində saxlanmalıdır);
- Muzeyə it və digər ev heyvanlarını gətirmək.
Xarici dillərdə ekskursiya
Muzeyi qrup halında ziyarət edən əcnəbi vətəndaşlar rus, ingilis və fransız dillərində ekskursiya aparan bələdçilərin xidmətindən istifadə edə bilərlər.