AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən "Məmməd Cəfər. Hüseyn Cavid" monoqrafiyası çap olunub

25.07.2019

    Vəsait ölkə başçısının "Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında" 15 aprel 2019-cu il tarixli Sərəncamı əsasında AMEA Rəyasət Heyətinin 31 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində çap olunub.
    Nəşrin tərtibçisi və "Ön söz"ün müəllifi muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, elmi redaktorları - AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlidir.
    Kitab Hüseyn Cavid yaradıcılığının ilk monoqrafik tədqiqatçısı, akademik Məmməd Cəfərin 1960-cı ildə çap olunmuş eyniadlı monoqrafiyasının yeni tərtibatda təkrar nəşridir. Cavidşünaslığın bir elm kimi formalaşmasında mühüm rol oynayan monoqrafiya, Hüseyn Cavid yaradıcılığına müraciət edən əksər tədqiqatçılar üçün etibarlı mənbələrdən biridir.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.