Hüseyn Cavidin “Ana” pyesi əsasında eyniadlı tamaşa səhnələşdiriləcək

14.02.2018

    Dövlət Gənc Tamaşaçılar Teatrında Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın məşqləri start götürüb.
    Yeni səhnə əsrinin quruluşçu rejissoru, Azərbaycan və Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti isə Sevda Hacışəmiyevdir.
    Tamaşada əsas obrazları Əməkdar artist Nübar Novruzova, aktyorlar İradə Rəşidova, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Kərimov, Elnur Şıxəliyev, Ramil Məmmədov, Simuzər Ağakişiyeva, Aydın Dəmirov canlandıracaqdır.
    Tamaşanın premyerası aprel ayında reallaşacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.