Ərtoğrol Cavidin vəfatından 75 il ötür

15.10.2018

    Ərtoğrol Cavidin vəfatından ötən 75 il münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyində anım tədbiri keçirildi. Muzeydə Ə.Cavid üçün ayrılmış guşə qarşısında baş tutan anım tədbirində muzeyin direktoru fil.ü.e.d. Gülbəniz Babaxanlı çıxış edərək onun ötən əsrin əvvəllərində geniş xalq kütlələrindən topladığı, sistemləşdirdiyi və tədqiq etdiyi zəngin qeyri-maddi mədəni irs (folklor nümunələri) və bu irslə bağlı elmi-filoloji görüşlərinin yer aldığı “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyi barədə ətraflı məlumat verdi. Çox az zaman kəsiyində yaşamasına baxmayaraq Ə.Cavid yaşından dəfələrlə böyük işlərə imza atmışdır.
    Anım tədbiri münasibətilə açılmış sərgidə Ərtoğrol Cavidə məxsus əşyalar, musiqi əsərlərinin notları, rəsm əsərləri, Ə.Cavidə həsr olunmuç kitablar və s. eksponatlar nümayiş olundu.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.