“Hüseyn Cavid poeziyasından incilər” mövzusunda qiraət müsabiqəsi elan edilir

12.10.2018

    Romantizm ədəbi cərəyanının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavid irsinin təbliği istiqamətində AMEA Hüseyn Cavidin Ev Muzeyinin Gənc alim və mütəxəssislər şurası universitetlərlə, məktəblərlə, liseylərlə və digər təhsil ocaqları ilə qarşılıqlı əlaqəni daha da möhkəmləndirir. Bu istiqamətdə elmlə təhsilin inteqrasiyası çərçivəsində tələbə və şagirdlər üçün “Hüseyn Cavid poeziyasından incilər” mövzusunda qiraət müsabiqəsi elan edir. Müsabiqənin keçirilməsində əsas məqsəd ölməz şair-dramaturq Hüseyn Cavidin irsinin tədqiqi və təbliği yolu ilə H.Cavid yaradıcılığını gənc nəslə öyrətməkdir. Bakı şəhərində yerləşən istənilən orta məktəbin şagirdləri mövzu üzrə bədii qiraət nümunəsini müsabiqəyə təqdim edə bilər. Qiraət nümunələri mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Bədii qiraət – mətni, şeiri səsləndirin (video görüntülü) və 2018-ci il oktyabrın 15-dən noyabrın 30-dək whatsapp (+994 55 866 22 25) ünvanımıza və ya huseinjavid@gmail.com elektron ünvanına göndərin. 2018-ci il dekabr ayında müsabiqənin yekun mərhələsi keçiriləcək, bəyənilən qiraət nümunələrinin müəlliflərinə məlumat veriləcək və Muzeyə dəvət olunaraq dəyərli hədiyyələrlə mükafatlandırılacaq.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.