HÜSEYN CAVİD


18 may “Beynəlxalq Muzeylər Günü” münasibətilə “İlham Əliyev və muzeylər” mövzusunda tədbir keçirildi

18.05.2018

    AMEA Hüseyn Cavidin Ev Muzeyində Beynəlxalq Muzeylər Günü münasibəti ilə “Açıq qapı” günü elan olundu. Bu il muzeyin qonaqlarına “İlham Əliyev və muzeylər” mövzusunda maarifləndirici ekskursiya təşkil edildi. “Açıq qapı” günü münasibəti ilə gün ərzində muzeyi, Bakı şəhərinin və paytaxta yaxın rayon və qəsəbələrin orta məktəblərin şagirdləri, müxtəlif ali məktəblərin tələbələri və müəllimləri, həmçinin digər qonaqlar ziyarət etdi. Tamaşaçılara muzeyin bələdçiləri tərəfindən Hüseyn Cavidin həyat və yaradıcılığı, muzeyin ekspozisiyasında sərgilənən dəyərli eksponatlar haqqında ətraflı məlumat verildi. Ümumilikdə muzey 400-ə yaxın tamaşaçı qəbul etdi.
    Bu günün əsas məqsədi milli-mədəni irsimizin qorunması və təbliğindən ibarətdir. 18 May həm də muzey işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Bütün muzey işçilərini bu münasibətlə təbrik edirik.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.