Muzeydə elmlə təhsilin inteqrasiyasi çərçivəsində Azərbaycan Dillər Universitetinin tələbələrinə açıq dərs keçirilib

27.09.2017

    AMEA Hüseyn Cavidin Ev Muzeyi elmlə təhsilin inteqrasiyası sahəsində fəaliyyətini davam etdirir. Bu istiqamətdə universitet tələbələrinə “Hüseyn Cavidin həyatı və yaradıcılığı” mövzusunda açıq dərslərin keçirilməsi artıq ənənə halını almışdır. Belə açıq dərslərdən biri də Azərbaycan Dillər Universitetinin filologiya və jurnalistika ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün təşkil olundu.
   Tələbələr muzeyin eksponatları ilə yaxından tanış oldular. Daha sonra Muzeyin əməkdaşı Cəmilə Rzayeva dahi dramaturq Hüseyn Cavidin həyatı, əbədiyaşar zəngin yaradıcılığı, dünya şöhrətli dramaturgiyası haqqında geniş məlumat verdi. Sual-cavab şəklində keçirilən açıq dərsdə tələbələr dahi şairin “Şeyx Sənan”, “İblis” və s. əsərlərindən parçalar səsləndirdilər. Tələbələrə Muzeyin Hüseyn Cavid və cavidlər irsinə aid nəşr olunan kitabları (“Cavid hikməti: seçmə aforizmlər”, “Cavidşünaslıq” və “Turan Cavidin ömür salnaməsi”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid”) haqqında da ətraflı məlumat verildi.
   Sonda tələbələrlə xatirə şəkili çəkildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.