Sonuncu ünvan...

19.04.2017

    Beynəlxalq Muzeylər Şurasına (İCOM) üzv olan Azərbaycan muzeylərində “1920-50-ci illərdə repressiyalar” adlı vahid bir mövzu əsasında “Sonuncu ünvan...” adlı tədbir keçiriləcək.
    AMEA Hüseyn Cavidin Ev Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurası və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurası birgə tədbir təşkil edəcək. Tədbirdə AMEA Hüseyn Cavidin Ev Muzeyinin hazırladığı qısametrajlı film nümayiş etdiriləcək, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin zəngin fondlarında mühafizə olunan materiallar əsasında foto-slayd göstəriləcək, həmçinin AMEA A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan sovet dövrü tarixi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. İlqar Niftəliyev tərəfindən “1930-53-cü illərdə repressiyaya məruz qalan elm xadimləri” mövzusunda mühazirə oxunacaq. Gün ərzində böyük dramaturq, romantik şair Hüseyn Cavidin yeganə oğlu, unudulmaz bəstəkar Ərtoğrol Cavidin musiqiləri səsləndiriləcək.
    Tədbirin auditoriyası: yuxarı sinif şagirdləri və tələbələr.
    Tədbirin keçirilməsi vaxtı və müddəti: AMEA Milli Azərbaycan Tarixi Muzeyi, 18 may 2017-ci il, saat 11:00. Müddəti: 1 (bir) saat.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.