Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçiriləcək

22.02.2017

    Bu il Azərbaycan xalqının böyük şairi, görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasının 135 ili tamam olur. Bu münasibətlə 24 oktyabr 2017-ci il tarixində AMEA Hüseyn Cavidin Ev Muzeyində dahi şairin yubileyinə həsr olunmuş “Hüseyn Cavid və müasir gənclik” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir. Konfrans Hüseyn Cavidin zəngin yaradıcılığına həsr olunur. Bu istiqamətdə elmi məruzə ilə konfransda iştirak etmək istəyən tədqiqatçılar 15 iyun 2017-ci il tarixinədək məruzələrinin tezislərini huseinjavid@gmail.com elektron ünvanına göndərə bilərlər. Daha ətraflı məlumatla muzeyin huseyncavid.az saytında tanış olmaq olar.
    Tezislərin hazırlanması və göndərilməsi:
    - Tezislərin əvvəlində müəllifin soyadı, adı, elmi dərəcəsi (əgər varsa), iş yeri və vəzifəsi (əgər varsa), əlaqə telefonları, elektron poçtunun ünvanı göstərilməlidir;
    - Mətnin həcmi – 1 səhifəyədək;
    - Şrift – Times New Roman, 12, sətirlərarası interval – 1,5.
    Məruzələrin tərtibinə dair tələblər:
    - Kağızın formatı – A4, Word redaktorunda;
    - Həcmi – 5 səhifəyədək;
    - Şrift – Times New Roman 12;
    - Sətirlərarası interval – 1,5;
    - İstinadlar – avtomatik, səhifənin sonunda (şrift – Times New Roman 10).
    Təşkilat komitəsi məruzələrin seçilib ayrılması, onlarda düzəlişlərin edilməsi, habelə konfransın mövzusuna uyğun olmayan məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.
    Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

    Ünvan: Bakı ş., İstiqalaliyyət küçəsi, 8.
    Telefon: (+994 12) 492 06 57
    Faks: (+994 12) 598 52 11
    Əlaqələndirici şəxs: Könül Məhərrəmova.


Materiallardan istifadə edərkən sayta istinad etmək mütləqdir.