AMEA Hüseyn Cavidin Ev Muzeyində 20 yanvar şəhidlərinin əziz xatirəsi anılıb

18.01.2017

    Bu il 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyində anım tədbiri keçirilib. Tədbir 20 Yanvar şəhidlərinin əziz xatisəinin bir dəqiqəlik sükutla anılması ilə başlanıb. Tədbirdə çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı Azərbaycan xalqının 1990-cı ildə 19 yanvardan 20-nə keçən gecə göstərdiyi şücaətdən, əliyalın əhalinin tank tırtılları qarşısında aciz qalmasından, vətəndaşlarımıza qarşı törədilmiş qanlı cinayətdən danışıb. Qeyd edilib ki, yaxın tariximizdə baş verən bu hadisə Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq, azadlıq salnaməsi kimi yazılmışdır. G.Babaxanlı onu da xüsusi vurğulayıb ki, xalqımızın ulu öndəri Heydər Əliyev 20 Yanvar faciəsinin baş verdiyi günün səhəri Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getmiş və millətimizə qarşı törədilmiş ağır cinayətə öz kəskin etirazını bildirmişdir. Daha sonra muzey əməkdaşları sovet qoşunlarının xalqımıza qarşı həyata keçiridiyi terroru qınayıblar. Qeyd edilib ki, məhz 20 Yanvar faciəsi göstərdi ki, Azərbaycan xalqı həmişə işğalçılara qarşı etirazını bildirib, milli kimliyini, azadlığını, suverenliyini hər şeydən üstün tutub. Azərbaycan gənci xalqımızın başına gətirilən müsibətləri daima yadda saxlamalı, torpaqlarımızın işğaldan azad edilməsi üçün prezidentimizin apardığı siyasəti dəstəkləməli və vətən üçün sipər olmalıdır. Tədbirin sonunda mövzu ilə bağlı ədəbiyyat sərgisinə və qısametrajlı “Qanlı Yanvar” filminə baxış keçirilib.

Materiallardan istifadə edərkən sayta istinad etmək mütləqdir.