Hüseyn Cavid irsinin məktəbli yeniyetmələr arasında təbliği məqsədilə növbəti tədbir keçirilmişdir

04.11.2016


    Noyabr ayının 04-də Bakı şəhəri, Bakı şəhəri Nəsimi rayonu Namiq Axundov adına 1 nömrəli tam orta məktəbin AMEA Hüseyn Cavidin Ev Muzeyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə böyük şairimiz Hüseyn Cavidin zəngin irsinin təbliği məqsədilə növbəti tədbir keçirilmişdir. Tədbir muzeyin gənc əməkdaşı Fəridə Əliyevanın rəhbəri olduğu və Gənclər Fondunun maliyyələşdirdiyi “Məktəbli yeniyetmələr arasında Hüseyn Cavid yaradıcılığının təbliği” adlı layihə çərçivəsində təşkil olunmuşdur. Tədbirdə çıxış edənlər dahi dramaturq Cavid əfəndinin zəngin həyat və yaradıcılığı haqqında şagirdlərə geniş məlumat çatdırmışlar. Layihə əsasında yenicə nəşr olunmuş “Cavid hikməti: seçmə aforizmlər (Azərbaycan və ingilis dillərində)” kitabı haqqında da məktəblilərə məlumat verilmiş və onlara kitablar hədiyyə olunmuşdur.






Natiq Mürsəlov
Hüseyn Cavidin Ev Muzeyi
İctimaiyyətlə əlaqələrə məsul şəxs
Əlaqə: 012 492 06 57
huseinjavid@gmail.com