Muzeyin direktoru Gülbəniz Babaxanlı fəxri fərmanla təltif olunub

20.10.2016


    Oktyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru, əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlıya 60 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanını təqdim edib. Bu münasibətlə muzey əməkdaşları, görkəmli ədəbiyyatşünas-alim, fil.ü.e.d. Gülbəniz Babaxanlını səmimi qəlbdən təbrik edir.

Natiq Mürsəlov
Hüseyn Cavidin Ev Muzeyi
İctimaiyyətlə əlaqələrə məsul şəxs
Əlaqə: 012 492 06 57
huseinjavid@gmail.com