İranlı ədəbiyyatşünas Muzeyin qonağı olub

06.05.2016

    Bu gün İranlı ədəbiyyatşünas Həsən Əşrəf AMEA Hüseyn Cavidin Ev Muzeyinin qonağı olmuşdur. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı qonağa Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında tutduğu mövqe və yaratdığı əsərlər barəsində ətraflı məlumat vermişdir. Dramaturqun fars dilinə tərcümə olunmuş “Peyğəmbər” əsəri haqqında xüsusi maraqlanan H.Əşrəf əsərin tərcüməsini müsbət qiymətləndirmişdir. Böyük şairin Cənubi Azərbaycanda keçirdiyi dövr haqqında da qonağa məlumat verən G.Babaxanlı ədəbiyyatşünası muzeyin zəngin eksponatları ilə yaxından tanış etmişdir. Muzeyin bütün tərtibatı, Hüseyn Cavidin həyat və yaradıcılığına verilən yüksək qiymət H.Əşrəfin böyük marağına səbəb olmuşdur.

Natiq Mürsəlov
Məsul şəxs