HÜSEYN CAVİD


VİRTUAL MUZEY

Hüseyn Cavidin Virtual Ev Muzeyinə xoş gəlmisiniz
Burada muzeyin eksponatlarını seyr etmək mümkündür. Hal hazırda siz "Cavidin şöhrəti" (soldakı zal) otağının eksponatları ilə tanış olursunuz.

       

Otağın eksponatları

1. “İblis operasının yaranması” tablosu (müəllif: Ənvər Əliyev). Tabloda Hənəfi Terequlov, Hüseyn Cavid, Ərtoğrol, Pənah Qasımov, Müslüm Maqomayev və Üzeyir Hacıbəyov təsvir edilib.
2. “Son yay” tablosu (müəllif: Altay Hacıyev). Tabloda Mikayıl Müşfiq, Əhməd Cavad, Rəsul Rza, Ənvər Məmmədxanlı və Ənvərin bacıları Arifə ilə Həbibə Məmmədxanlılar təsvir edilib.
3. H.Cavidə məxsus nərdtaxta.
4. Ərtoğrol Cavidin, eləcə də müəllimləri Ü.Hacıbəyov və Bülbülün ifa etdiyi piano; Ə.Cavidin fırçasından Şekspirin, Bethovenin, Şeyx Sənan rolunda A.M.Şərifzadənin portreti və qızılgül rəsmi; Ə.Cavidin not yazılarından ibarət kollaj.
5. Mişkinaz Cavid və Turan Cavidə məxsus məişət əşyaları.
6. Ərtoğrol Cavidə həsr olunmuş xalça (müəllif: xalçaçı-rəssam Afaq Kərimova).
7. Hüseyn Cavidin ipək parça üzərində rəngli muncuqlarla işlənmiş portreti (müəllif: Xuraman Məmmədova).
8. Hüseyn Cavidin çaydaşı üzərində oyma üsulu ilə işlənmiş portreti (müəllif: Ədalət Piriverdiyev).
9. “Cavid dünyası” triptixi. Triptixin mərkəzində H.Cavid, sağ və sol hissəsində isə Cavidin qəhrəmanları fırçaya alınıb. (müəllif: Oqtay Sadıqzadə).
10. Ə.Cavidin müxtəlif illərdə çəkilmiş fotoları; Ə.Cavidin fırçasından Şekspirin, Bethovenin, Şeyx Sənan rolunda A.M.Şərifzadənin portreti və qızılgül rəsmi.
11. Turan Cavidə məxsus sənədlər və əşyalar.
12. “Düşüncələr” H.Cavidin portreti (müəllif: Altay Hacıyev); Azərbaycan yazıçıları.Tiflisdə “Zarya Vostoka” qəzetinin redaksiyasında; H.Cavid İstanbulda (1907) R.Tofiq, A.Sur və B.Çobanzadə ilə birlikdə; H.Cavid yazıçılar arasında; H.Cavid opera teatrının kollektivi ilə; Darülmüəllimin və Darülmüəllimatın 1926-1976-cı illər 50 illik yubileyi münasibəti ilə foto; H.Cavid, Vişnevski və Qantəmir ilə birlikdə və s.
13. Ə.Cavidə məxsus sekreter; vallar, musiqi ilə, şahmatla bağlı kitablar, lüğətlər, Ərtoğrolun əlyazmaları, dama taxtası, şahmat taxtası, portfeli və s.
14. H.Cavidin müxtəlif illərdə keçirilmiş yubiley tədbirlərinin dəvətnamələri və fotoşəkilləri.
15. “Cavidin şöhrəti” otağından ümumi görüntü.
16. “Cavidin şöhrəti” otağından ümumi görüntü.